Accessibility links

Prezident Obama Afroamerikalıların Milli Assosiasiyasında çıxış edəcək


ABŞ prezidenti Barak Obama ilk Afrika mənşəli prezidenti kimi Afroamerikalıların İnkişafı üzrə Milli Assosiasiyanın 100 illiyi münasibətilə təşkilatın qurultayında çıxış edəcək.

Vətəndaş hüquqları təşkilatının qurultayı bu gün Nyu Yorkda keçirilir. Ağ Evdə müşavirlərin bildirdiyinə görə, prezidentin çıxışında hökumətlə tərəfdaşlıq və gənclərin daha böyük inkişafa nail ola bilməsi kimi mövzulara toxunaca gözlənilir.

Milli Assosiyasiya ABŞ-da ilk vətəndaş hüquqlarınınn müdafiəsi təşkilatıdır. Təşkilatın veb səhifəsində bildirilir ki, o, 1909-cu ildə qaralara qarşı zorakılıqlara cavab olaraq təşkil edilmişdir.

XS
SM
MD
LG