Accessibility links

Urumçidə məscidlər yenidən açılıb


Güclü təhlükəsizlik tədbirləri şəraitində Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində bu gün məscidlər yenidən açılıb. Çinin rəsmi Şinhua xəbər agentliyi bildirir ki, şəhərin bütün 443 məscidi fəaliyyətini bərpa edib. Rəsmilər ötən həftə 192 adamın ölümü ilə nəticələnən zorakılıqların ardınca məscidləri bağlamışdılar. Buna baxmayaraq təhlükəsizlik qüvvələrinə etiraz edən insanlar uyğur türklərinin yaşadığı məhəllələrdə, o cümlədən Urumçinin ən iri məscidi sayılan Ağ Məsciddə toplaşmışdılar. İğtişaşlar iyulun 5-də, uyğur türklərinin dinc etiraz aksiyası han çinlilərə hücumlarla nəticələnəndən sonra vüsət aldı. Sonrakı günlərdə han çinlilər uyğurlara qisas hücumları etməyə başladılar.
XS
SM
MD
LG