Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşür


Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ nizamlamasını müzakirə etmək üçün bu gün Moskvada görüşürlər.

Rusiya prezidenti Dmitri Medvedev də sabah bu müzakirələrə qoşulacaq.

Kremlin sözçüsü deyib ki, İlham Əliyevlə Serj Sarkisyan arasında bu dəfə sülh sazişinin imzalanması planlaşdırılmır, ancaq görüşün məqsədi iki tərəfi bir birinə daha da yaxınlaşdırmaqdır.

Azərbaycanın əsasən ermənilər yaşadığı Dağlıq Qarabağ ərazisi

1988-ci ildə müstəqilliyini elan edib. 1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunana qədərki 6 illlik müharibə dövründə 35 min insan həyatını itirib.

XS
SM
MD
LG