Accessibility links

İraqda daha üç Amerika əsgəri öldürülüb


ABŞ hərbçilərinin dediyinə görə, İraqın cənubi Bəsrə şəhəri yaxınlığında üç Amerika əsgəri öldürülüb.

Bu gün açıqlanan bəyanatda qeyd edilir ki, hərbçilər dünən axşam koalisiya qüvvələrinin bazasında öldürülüblər.

Bəyanata görə, hadisə birbaşa olmayan atəş nəticəsində baş verib.

İraqdakı Amerika hərbçiləri tez-tez raket hücumu və digər bu kimi birbaşa olmayan atəşlərə məruz qalırlar.

Bu həftənin əvvəlində ABŞ hərbi komandiri İrandan İraqın cənubuna bəzi şiə hücumçularının qayıtması barədə xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG