Accessibility links

Klinton Pakistanla münasibətləri yaxşılaşdırmaq üçün ABŞ-ın Hindistana təzyiq göstərdiyi fikrini rədd edib


Dövlət katibi Hillari Klinton Hindistanın Pakistanın terrorizmi dayandırmaq üçün kifayət qədər iş görmədiyinə inanmasına baxmayaraq, ABŞ Hindistana Pakistanla münasibətləri yaxşılaşdırmaq üçün təzyiq göstərdiyi fikrini rədd edib.

Xanım Klinton bu gün Hindistanın maliyyə mərkəzi olan Mumbay şəhərində danışıb. Hindistan rəsmiləri keçən ilin noyabr ayında Mumbayda 166 adamın ölümülə nəticələnmiş bomba hücumlarında Pakistanla əlaqəsi olan terrorçular tərəfindən həyata keçirildiyinə inanır.

Dövlət katibi Klinton Pakistanın terrorizmə qarşı mübarizə istiqamətində çoxlu işlər gördüyünü bəyan edərək Mumbay hücumlarına görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılması üçün yaxın zamanlarda faəliyyət göstəriləcəyi haqda fikir yürüdüb.

Klinton ABŞ-ın Pakistan, ya da Hindistan liderlərinə münasibətləri yaxşılaşdırmaq üçün təzyiq göstərmədiyinə israr edərək deyib ki, aralarındakı mürəkkəb məsələləri həll etmək üçün iş aparmaq bu iki ölkənin özündən asılıdır.

XS
SM
MD
LG