Accessibility links

İndoneziyada polis bomba hücumları ilə bağlı təhqiqatı davam etdirir


İndoneziyadan verilən məlumatlarda deyilir ki, rəsmilər cümə günü Cakartada iki mehmanxanada intihar bomba hücumlarının arxasında axtarışda olan ekstremistin olduğundan şübhələnirlər.

Xəbər agentlikləri ölkənin baş əks-terror əməliyyatları üzrə rəsmisinə istinadən xəbər verir ki, hücumların Malaziyada anadan olmuş Nurdin Məhəmməd Topun həyat keçirə bildiyinə dair dəlillər var.

Hələlik Mariot və Rits-Karlton mehmanxanalarında hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb.Hücumlar zamanı 9 nəfərə həlak olmuş, 50-dən çox adam yaralanmışdır.

İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono bu gün hücumların baş verdiyi ərazidə olub.

XS
SM
MD
LG