İranın
nüvə proqramının yeni sədri Tehranla Qərb arasında düşmənçiliyə son qoymaq və
tərəflər arasında inam yaradılması üçün yenidən səy göstərməyə çağırıb. Əli
Əkbər Salehi ilk rəsmi açıqlamasını prezident Mahmud Əhmədinejad onu İranın
Atom Enerji Təşkilatının rəhbəri təyin edəndən bir gün sonra verib. Salehi
İranın Beynəlxalq Atom Enerjisi Agentliyində rəsmi nümayəndəsi olub. 2003-cü
ildə Salehi BMT-yə İranın nüvə obyektlərinin daha sərbəst yoxlamasına icazə
verən protokola imza atıb. Prezident Əhmədinejad sonradan BMT təftişini
dayandırmışdı. Salehi bu vəzifədə gözlənilmədən istefa vermiş Qulam Rza
Ağazadəni əvəz edir. İSNA xəbər agentliyi Ağazadənin istefa verməsinin səbəbini
açıqlamamışdı.