İranın kəşfiyyat naziri bildirib ki, İsrail keçən ay prezident seçkiləri zamanı İran prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd planı hazırlayıbmış.
İranın Fars agentliyi Qulam Hüseyn Mohsen Eceiyə istinadən xəbər verib ki, İsrail rəsmiləri planı həyata keçirmək üçün İranın İraqda mənzillənən Xalqın Mücahidləri müxalifət qrupu ilə görüşüblər.
Eceiyi Fars xəbər agentliyinə bildirib ki, qrup bir sıra şərtlər irəli sürüb. Buraya qrupunun adının Birləşmiş Ştatlar və digər ölkələrdə terror təşkilatları siyahısından çıxarılması daxil olub.
İsrail rəsmiləri hələ bu açıqlamalara cavab verməyiblər.
Xalqın Mücahidləri ABŞ, İran və İraq tərəfindən terror qrupu kimi tanınır. Avropa İttifaqı bu yaxınlarda müxalifət qrupun adını terror təşkilatları siyahısından çıxarıb.