Accessibility links

ABŞ qanunvericiləri Nabukko layihəsinə maraq göstərir


ABŞ qanunvericiləri dünya iqtisadiyyatına təsir göstərən enerji təchizatına nəzarət məsələsinə yaxından nəzər salır. Bu günlər Vaşinqtonda keçirilmiş dinləmələrdə senatorlar Türkiyədən Avropaya qazın çatdırılmasını nəzərdə tutan Nabukko layihəsinə böyük maraq gösətibrlər.

Senatın Xarici Əlaqələr komitəsinin sədri demokrat senator Con Kerri bildirib ki, ABŞ xarici siyasətinə gəldikdə burada dünya üzrə enerji təchizatının vəziyyətinə xüsusi diqqət verilməlidir.
“Dünyada enerji mənbələri və dünyada qeyri-sabitliyin mənbələri bir-birinə paralel məsələlərdi və biz buna olduqca böyük diqqət verməliyik. İran, İraq, Sudan, Rusiya, Qafqaz, Nigeriya və Venesuela, bunların hamısı bizim üçün enerji təchizatı sahəsində sınaq olduğu kimi, həm də geo-siyasətimizdə çatışmazlıqların olduğu sahələrdir.”-deyə o bildirib.

Kerri deyib ki, neft və təbii qaz qiymətlərinin belə görünür, qarşıdan gələn illər artmağa davam etməsi məsələni daha da pisləşdirəcək. Onun sözlərinə görə, bunun həlli bazarda bir ölkənin üstünlüyünü məhdudlaşdırmaq üçün yeni enerji mənbələri və marşrutların açılmasıdır.

Komitənin nüfuzlu respublikaçı üzvü senator Riçard Luqar məsələdə aparıcı mövqedən çıxış edib. O, bu həftənin əvvəli Nabukko layihəsinə dair müqavilənin imzalanması zamanı Türkiyədə olub. Razılığa əsasən, Avropa ölkələrinin Rusiya qazından asılılığını azaldaraq Türkiyədən təbii qazın Avropaya çatdırılması nəzərdə tutulur.

Luqar deyib ki, bu razılıqdan gözlənilmədən bəhrələnən bir tərəf də İraqdır. İraq Nabukko layihəsini qazın yarısı ilə təchiz edəcək. Respublikaçı senatorun sözlərinə görə, İraq bu maliyyədən ölkəni bərpa etmək işində istifadə edə bilər.
“Dünyanın bu günkü durumu və elə neft təchizatının özünü də nəzərə alsaq, vahid İraqdan gələn təbii qaz belə maliyyə kapitalını təmin edə bilər. Bu da fövqəladə bir hadisə və onların tarixində çox faciəli bir dövrün gözəl sonluğu ola bilər.”-deyə o bildirib.

İraq üçün imkanlar ABŞ qanunvericilərini cəlb etdiyi halda, İranın da mümkün təchizatçı kimi bəhrələnə bilməsi fikri narahatlıqlara səbəb oldu.

Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstar bildirib ki, Birləşmiş Ştatlar Tehran mübahisəli nüvə proqramı ətrafında mübahisəni həll etmək üçün bir gə iş aparmağa razı olana qədər İranın Nabukko lahiyəsindən bəhrələnə bilməyəcəyini hesab edir.
“Bu, bizim indi əvəzində heç bir aça bilməcəyimiz halda İranı Nabukko layihəsində iştirak etməyə təşviq etmək üçün ən qeyri-münasib bir vaxtdır.”-deyə o söyləyib.

Moninqstarın bildirdiyinə görə, Nabukkodan İranı beynəlxalq ictimiayyətlə daha yaxşı əməkdaşlıq aparmaq üçün bir stimullaşdırıcı faktor kimi istifadə etmək olar.

XS
SM
MD
LG