Accessibility links

İndoneziyadakı partlayışlarda terroçu qrupun izi aşkarlanıb


İndoneziya polisinin dediyinə görə, cümə günü Cakartada iki otelin bombalanmasında Əl-Qaidə ilə əlaqəli regional terrorist qrupu Cəmaah İslamiyənin əli olub.

Polis sözçüsü Nan Soekarna bu gün jurnalistlərə bildirib ki, bu bomba hücumlarının malayziyalı ekstremist Nurdin Top (Noordin Top) tərəfindən idarə edildiyinə dair əsaslı nişanələr var.

Beynəlxalq Böhran Qrupunun analitiki Sidney Cons isə yada salır ki, Nurdin Top Cemaah İslamiyə təşkilatından ayrılmış bir qrupa rəhbərlik edir.

İndoneziyadakı partlayışlar zamanı iki intiharçı daxil olmaqla ən azı 8 nəfər həlak olub. Ölənlərin arasında dörd xarici vətəndaşın olduğu deyilir.

XS
SM
MD
LG