İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, israillilər Qüdsün istənilən ərazisində yaşayıb ev tikə bilərlər.
Baş nazirin bəyanatının ABŞ-a İsrail arasında bu mövzuda fikir ayrılıqlarını mürəkkəbləşdirəcəyi gözlənilir. Belə ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə sülh prosesinin yenidən başlanılması üçün İsraildən dəfələrlə yəhudi məskunlaşmaları ilə bağlı fəaliyyətini dayandırmağı tələb edir.
Netanyahu bu gün deyib ki, vahid Qüds üzərində yəhudi suverenliyi sual altına alına bilməz.
Ötən həftə ABŞ Dövlət Departamenti İsrailin Vaşinqtondakı səfirini çağıraraq bildirib ki, Şərqi Qüds ərazisində amerikalı milyoner İrvinq Moskovitsin tikinti layihəsi dayandırılmalıdır.
Hazırda bu məsələ İsrail və fələstinlilər arasında sülh razılaşması yolunda əsas maneələrdən biri kimi qalmaqdadır.