Beş
mindən çox uyğur Qazaxıstanda Çinin Sincan vilayətində soydaşlarına qarşı
rəftara qarşı etiraz aksiyası keçiriblər.
İzdiham bazar günü Qazax şəhəri Almatıda toplaşıb. “Uyğurustana Azadlıq” şüarları hayqıran
nümayişçilər uyğur müstəqillik hərəkatının simvolu olan göy bayraqlar dalğalandırıblar.
Qazaxıstan Çindən kənarda uyğurların ən
çox məskunlaşdığı diyardır. Qazaxıstan
uyğurlarının nadir etiraz aksiyası icmanın bu ayın əvvəlində ən azı 197 adamın
ölümü ilə nəticələnmiş etnik iğtişaşlardan narahatlıqlarını göstərir. Çin rəsmiləri şənbə günü etiraf edib ki,
iğtişaşlarda 12 uyğur türkü həlak olub.
Sincan qubernatoru Nuer Baykeli müxbirlərə deyib ki, bu addım artıq qan
tökülməsinin qarşısını almaq üçün atılıb.