Accessibility links

Mahmud Əhmədinejadın yeni təyinatı tənqidlərə səbəb oldu


İran prezidenti Mahmud Əhmədinejad özünə yeni viste-prezident seçməklə, mühafizəkar tərəfdaşlarının tənqidinə tuş gəlib.

Cənab Əhmədinejad əvvəl mədəni miras, sənaye və turizm təşkilatında çalışmış yaxın müttəfiqi İsfəndiyar Rəhm Maşayeni özünə vitse-prezident təyin edib.

Maşaye ötən il «İran İsrail xalqının dostudur» deyərək, ölkədə mühafizəkarların tənqidinə səbəb olmuşdu. Onlar Maşayeni habelə özlərinin təbirincə, Quranı təhqir edən bir tədbirə təşkilatçılıq etməkdə günahlandırırdılar.

İranın mühafizəkar Keyhan qəzetinin redaktoru yazır ki, Əhmədinejadın seçiçiləri bu təyinatdan təəccübləniblər və narahatdırlar.

Ölkənin nüfuzlu mühafizəkar liderlərindən olan Ayətulla Əhməd Xatəmi prezidenti Maşayenin təyinatı ilə bağlı qərarına yenidən baxmağa səsləyib.

XS
SM
MD
LG