Sabiq
İran prezidenti Məhəmməd Xatəmi hökumətin legitimliyinə dair ümummilli
referendum keçirilməsinə çağırıb. Onun
təklifi bir neçə internet səhifəsində yayımlanıb. Müxalifət israr edir ki, prezident Mahmud
Əhmədinejadın iyunun 12-də ikinci dönəmə seçilməsi saxtakarlıqlar nəticəsində
baş verib. Başqa sabiq İran prezidenti
də seçkilərlər bağlı mövqeyinə görə sərt tənqidlərə məruz qalıb. Iran mühafizəkarları Əkbər Haşemi
Rəfsəncaninini cənab Əhmədinejadın yenidən seçilməsini sual altına almaqda
ittiham edirlər.