Accessibility links

Prezident Obamanın reytinqi düşür


Prezidentliyə başlamasından bəri ilk dəfə olaraq Barak Obamanın rəy sorğularındakı reytinqi 60 faizdən aşağı düşüb. Bir çox amerikalılar onun iqtisadi fəaliyyətindən, büdcə kəsirindən və tibbi xidmət planlarından narahatlıqlarını izhar edirlər. ABC News/Washington Post tərəfindən keçirilən rəy sorğusunda prezidentin fəaliyyətini bəyənənlərin sayı 59 faizdir. Bu rəqəm bir ay əvvəlkindən 6 faiz azdır. Başlıca məsələlərdən biri olan tibbi xidmət sahəsində gəldikdə yalnız 49 faiz Obamanın islahat səylərini dəstəkləyir. Bu, apreldə prezidentə verilən 57 faizlik dəstəklə təzad təşkil edir. Prezidentin müşavirləri ölkənin iqtisadi fəlakətdən qurtulduğunu israr edirlər. Buna baxmayaraq respondentlərin cəmi 52 faizi Obamanın iqtisadi fəaliyyətini bəyənir.
XS
SM
MD
LG