Accessibility links

ABŞ-ın vitse prezidenti Co Bayden Ukrayna və Gürcüstana səfərə başlayıb


ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna və Gürcüstana üç günlük səfərə başlayıb. ABŞ rəsmiləri səfərin əsas məqsədinin keçmiş Sovet İttifaqının bu iki respublikası ilə əlaqələri gücləndirmək üçün Birləşmiş Ştatların təkliflərini çatdırmaqdan ibarət olduğunu bildiriblər.

Bayden Ukrayna prezidenti Viktor Yuşenko ilə enerji, iqtisadiayyat və demokratik islahatları müzakirə etmək üçün bu gün görüş keçirir. ABŞ vitse-prezidenti prezident Yuşşenkonun rəqibi olan Baş nazir Yuliya Timoşenko ilə ayrılıqda danışıqlar aparacaq.

Baydenin Gürcüstana səfərə başlamasından öncə prezidenti Mixail Saakaşvili hakimiyyətin bölüşdürülməsi və seçkilərin daha demokratik və şəffaf keçməsini təmin etmək üçün təkliflərini açıqlamağa hazırlaşdığını elan edib.

Cənab Saakaşvilinin təkliflərini bu gün parlamentdə çıxışı zamanı açıqlayacağı bildirilir.

XS
SM
MD
LG