Rusiyanın Memorial adlı insan hüquqları təşkilatı yerli nümayəndəsi, jurnalist Natalya Estemirova qətlə yetirildikdən sonra Çeçenistandakı fəaliyyətini dayandırıb. İnsan haqları fəalları Estemirovanın qətlinə yol açan siyasi ab-havaya görə baş nazir Vladimir Putin və prezident Dmitri Medvedevi qınayırlar.
Memorial təşkilatının Çeçenistan filialı açıqladığı bəyanatda nümayəndələrinin sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhlükənin mövcud olduğu bildirilir. Bəyanatda əlavə edilir ki, Çeçenistan rəsmiləri hər hansı müstəqil vətəndaş təşəbbüsünə düşmən münasibət bəsləyir və vətəndaş cəmiyyəti haqda təsəvvürə belə malik deyillər. Yerli rəsmilər insan haqları fəallarını terrorçu kimi qiymətləndirir.
Rusiya prezidenti Dmitri Medvedev ötən həftə Memorialın Çeçenistan filialına teleqram göndərərək Natalya Estemirovanın qətlindən dərin mütəəssir olduğunu bildirib. O, ətraflı təhqiqatın aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verib. Lakin Rusiya insan hüquqları komissarı Vladimir Lukin deyir ki, onun ölkəsində qurbanlar insan haqları fəalları, jurnalistlər və ya vəkillər olanda vədlər heç zaman yerinə yetirilmir.
Lukin deyir ki, təhqiqatlar həmişə hər şeyin tezliklə həll olunacağı vədi ilə başlayır və sonra on il çəkir. Həmin vaxt kəsiyində ictimaiyyətə arabir məlumat verilir ki, təhqiqat başa çatmaq üzrədir və hər şey yaxşı olacaq. On ildən sonra isə məsələ yaddaşlardan pozulur. Lukin bu sözləri Moskvada dünyanın müxtəlif guşələrindən gəlmiş jurnalistlərlə dolu otaqda keçirdiyi mətbuat konfransında açıqladı.
Moskvada Helsinki Qrupunun rəhbəri Lyudmila Alekseyeva Rusiya mediasının nümayəndələrindən əllərini qaldırmağı xahiş etdi. Alekseyeva qeyd etdi ki, rus jurnalistlər otaqda azlıq təşkil edirlər. Hamı bunun səbəbini bilir və bu, insan haqları fəallarının icması üçün yenilik deyil.
Veteran fəal deyir ki, beynəlxalq mediadan ona Estemirovanın qətli barədə çox müraciət daxil olub, lakin rus jurnalistlərdən bir kəlmə də eşidilməyib. O, bildirdi ki, Rusiya mediası insan haqları fəalları, jurnalistlər və ya vəkillərin qətllərinə maraq göstərmir.
Memorialın rəhbəri Oleq Orlov Estemirovanın qətlinin Rusiya rəsmiləri tərəfindəmn törədilən cinayətlər aysberqinin ucu olduğunu dedi. Onun sözlərinə görə qorxu sadə rusları hakimiyyət nümayəndələrinə qarşı etiraz səslərini ucaltmaqdan saxlayır.
Fəallar deyir ki, Çeçenistanda insan oğurluqlarının sayı 2007-ci ildə 35-dən 2008-ci ildə 42-yə yüksəlib. Bu ilin birinci altı ayında isə oğurlananların sayı ötən iki ildəkilərin cəmini ötüb. Rus aktyor Aleksandr Filippenko Memorialın mətbuat konfrasnına qatılaraq yazıçı Aleksandr Soljenitsının 1974-cü ildə yazdığı “Yalanla Yaşama” adlı essedən bir parça oxudu.
Soljenitsın o vaxt yazırdı ki, rus insanları öz güzəranı tərəfindən o qədər dehumanizasiya edilib ki, bütün prinsipləri və şərəfi öz zərif mövcudiyyətini qorumaq üçün qurban verməyə razı olub. Müəllif vicdanlı adamları yalanla ört-basdır edilmiş zorakılıqları və zorakılıqlar bahasına ayaq tutan yalanları rədd etməyə çağırmışdı.