Accessibility links

Türk ordusunun Kiprə daxil olmasından 35 il keçdi


Bu gün Kipr bu Aralıq Dənizi adasını ikiyə bölən Türkiyə hərbi müdaxiləsinin 35-ci ildönümünü qeyd edir. Yunan Kipri boyunca müdaxilə sirenalarla anılıb. Şimalda isə Türkiyə baş nazir müavini Cemil Çiçek bildirib ki, Türkiyə heç zaman Şimali Kipr türklərinin qarantı rolundan geri çəkilməyəcək. 1974-cü il iyulun 20-i Kipri Yunanıstanla birləşdirməyə çalışan Kipr yunanlarının dövlət çevrilişinə cavab olaraq Türk qüvvələri adaya daxil oldu. O vaxtdan bəri Kiprin üçdə biri 40 minlik türk qüvvələrinin nəzarətindədir. BMT Kiprin yerdə qalan ərazisini rəsmi Kipr dövləti kimi tanıyır. 2008-ci ildə tərəflər arasında sülh danışıqları başlayıb.
XS
SM
MD
LG