Accessibility links

Dövlət katibi Klinton: ABŞ Şimali Koreya və Birma arasında hərbi əlaqədən ciddi narahatdır


ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, Vaşinqon Şimali Koreya və Birma arasında hərbi əməkdaşlıqdan ciddi çəkildə narahatdır.

Xanım Klinton bu açıqlamanı bu gün Tailand paytaxtı Banqkokda verib. O deyib ki, Şimali Koreya ilə Birma arasında hərbi əlaqələr regionda qeyri-sabitlik yarada bilər. ABŞ Dövlət katibi hökumət rəsmiləri ilə görüşmək və Phuketdə regional təhlükəsizliyə dair konfransda iştirak etmək üçün Tailanddadır.

Konfransın gündəliyində Şimali Koreyanın nüvə proqramı, Birmada insan hüquqlarının vəziyyəti və terrorizm məsələləri əsas yer alacaq.

Şimali Koreya və Birma arasında mümkün əlaqə haqda məlumat iyun ayında ABŞ hərbi dəniz qüvvələri şübhəli yüklə Birmaya üz tutan Şimali Koreya gəmisinin izinə düşdükdən sonra yayılmışdır. Gəmi Birmada lövbər salmadan Şimali Koreyaya qayıtmışdı.

XS
SM
MD
LG