Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynadadır


ABŞ-ın vitse-prezidenti Co Bayden Birləşmiş Ştatların Ukraynanın güclü və çiçəklənən dövlət olması fikrinə sadiq olduğunu və Rusiya ilə münasibətlərin yenidən yaxşılaşdırmasının Ukrayna ilə münasibətlərə təsiri olmayacağını deyib. Bayden bunları bu gün Kiyevdə Ukrayna və Gürcüstana üç günlük səfəri zamanı bildirib. Prezident Viktor Yuşenko ilə birlikdə danışan Bayden ABŞ-ın Ukraynanın NATO-ya üzv olmaq fikrini dəstəklədiyini bildirib və bu ölkənin Avro-Atlantik Birliyinə doğru addımlarını alqışlayıb.

ABŞ-ın vitse-prezidenti Ukrayna prezidenti Viktor Yuşçenko və onun prezidentlik siyasətinə qarşı olan, baş nazir Yuliya Timoşenko ilə görüşərək, ABŞ Ukrayna münasibətlərini daha da dərinləşdirmək yollarını müzakirə edib. Ukraynaya səfəri çərçivəsində cənab Baydenin1930-cu illərin əvvəllərində Ukraynadakı aclıq qurbanlarına həsr edilmiş abidəni də ziyarət edəcəyi gözlənilir.

Sabah ABŞ-ın vitse-prezidenti Co Bayden prezident Mixail Saakaşvili ilə görüşmək üçün Gürcüstana gedəcək. Onun eləcə də, Gürcüstan prezidentinin istefasını tələb etməkdə davam edən müxalifət liderləri ilə də görüşəcəyi gözlənilir.

Gürcüstan prezidenti Mixail Saakaşvili dünən dövlət televiziyası vasitəsi ilə seçkilərdə islahatlar vəhakimiyyətin bölüşdürülməsi üçün təkliflərini açıqlamağa hazırlaşdığını elan etdi.


XS
SM
MD
LG