Accessibility links

BMT ekspertləri Estemirovanın qətlilə bağlı təhqiqatda iştirak etmək istəyir


BMT-nin insan hüquqları üzrə yeddi nəfər eksperti insan haqları fəalı Natalya Estemirovanın ölümülə bağlı təhqiqata kömək üçün Rusiyadan ölkəyə getmək icazəsi istəyiblər.

Ekspertlər bu addımı Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali komissiarı Navi Pillayın qətllə bağlı müstəqil təhqiqat haqda çağırışından sonra atır. Natalya Estemirova Çeçenistan paytaxtı Qroznıda evindən oğurlandıqdan sonra onun keçən həftə cəsədi tapılmışdır.

BMT ekspertləri Rusiya rəsmilərinin qətli pislədiyini və ciddi təhqiqat aparcılağına söz verməsini anladıqlarını bildirirlər. Lakin onlar eyni zamanda bildirirlər ki, bu vədlər Rusiyanın digər tanınmış fəallar və jurnalistləri qətlə yetirənləri həbs edib ədalət məhkəməsi qarşısına çıxarmaması üzündən çox az əhəmiyyət daşıyır.

XS
SM
MD
LG