Accessibility links

Soni korporasiyası Maykl Cekson haqda filmin çəkiliş hüququnu qazanmaq istəyir


Soni Korporasiyasının kino-studiyası Maykl Ceksonun son konsertinə məşqlərə əsasən çəkiləcək filmin dünya üzrə distribyüterliyi hüququnu qazanmaq üçün 50 milyon dollarlıq təklif edib.

Adının açıqlanmasını istəməyən nümayəndəsinin bildirdiyinə görə, bu fikir keçən həftədən başlayaraq, Paramount, Universal, 20th Century Fox and Warner Brothers şirkətləri də daxil olmaqla, bir sıra studiyaların “This Is It” adı ilə tanınan konsertindən əvvəl Ceksonun məşqlərini nümayiş etdirməsindən sonra yaranıb.

Bu hüququ qazanacaq şirkət Maykl Ceksonun konsertinin təşkilatçısı olan AEG Live korporasiya ilə filmin çəkilişi üzərində işləyəcək.

Ceksonun iyunun 25-də ölümündən öncə AEG Live konsertin reklamı üçün 32 milyon dollarra qədər vəsait sərf edib.

Soni Records Ceksonun musiqisinin distribyüteri olduğu üçün Soni Pictures bu hüququ qazana biləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG