Accessibility links

Rəcəb Təyyib Ərdoğan: `Türkiyə İsraillə Suriya arasında birbaşa olmayan danışıqlara vasitəçilik etməyə hazırdır`


Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan onun hökumətinin İsraillə Suriya arasında birbaşa olmayan danışıqlara vasitəçilik etməyə hazır olduğunu deyib. Cənab Ərdoğan bu açıqlamanı bu gün, Suriya prezidenti Bəşər Əl-Əssədlə görüşmək üçün Dəməşqə bir günlük səfərindən öncə verib. Cənab Ərdoğan Türkiyənin sülh danışıqlarında vasitəçilik etməsinə dəvət olunduğunu desə də, bu dəvətin kim tərəfindən edildiyini açıqlamayıb.

Türkiyə keçən il də Syriya ilə İsrail arasındakı sülh danışıqlarına vasitəçilik edirdi, lakin İsrailin keçən ilin dekabr ayında Qəzza Zolağında genişmiqyaslı hərbi əməliyyatlarından sonra Suriya bu danışıqları dayandırdı. Suriya İsrailin 1967-ci ildə işğal etdiyi Qolan Yüksəkliklərini qaytardığı təqdirdə İsraillə sülh razılığına gələ biləcəyini deyir.

XS
SM
MD
LG