Accessibility links

ABŞ Pakistana 165milyon dollarlıq əlavə humanitar yardım edir


ABŞ-ın xüsusi nümayəndəsi Riçard Holbruk Pakistanın şimal-qərbində Talibana qarşı hərbi əməliyyatlar nəticəsində yerlərindən didərgin düşmüş iki milyona yaxın insana yardım məqsədilə əlavə 165 milyon dollar ayrılacağına söz verib.

Holbruk bunu İslamabadda ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi vəzifəsinin icrasına başladığı vaxtdan bu ölkəyə dördüncü səfəri zamanı elan edib.

ABŞ-ın 330 milyon dollarlıq yardım paketi Svat vadisində Pakistan silahlı qüvvələrinin Taliban döyüşçülərinə qarşı hüdumları nəticəsində məcburi köçkünlərin yerləşdirilməsi üçün nəzərdə tutulur.

Pakistana səfəri zamanı Holbruk baş nazir Yusuf Raza Gilani və ordu general Aşfaq Kayani ilə bu gün İslamabadda görüş keçirib. Holbrukun bu gün Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşəcəyi gözlənilir. O, sabah Pakistandan Əfqanıstana səfər edəcək.

Pakistana keçən ay etdiyi səfər zamanı Holbruk ABŞ-ın başçılığı ilə Əfqanıstanın cənubunda Talibana qarşı hücumlar nəticəndə islmaçı militantların Pakistandan Əfqanıstana keçə bilməsi ilə bağlı narahatlığını bildirmişdi.

ABŞ və Britaniyanın dörd min piyada əsgərinin iştirak etdiyi əməliyyatın əsas məqsədi Əfqanıstanın cənubunda avqustun 20-də prezident seçkilərinə qədər təhlükəsizliyi bərqərar etməkdir.

XS
SM
MD
LG