Accessibility links

Hollivudda Madam Tüsso muzeyinin filialı açılıb


Los Ancelesdə Hollivudda Madam Tüsso muzeyinin filialı açılıb. İndi Hollivuda gələnlər super ulduzları istədikləri görə biləcəklər. Özlərini olmasa da, heç olmasa, onların mum fiqurlarını.

55 milyon dollara başa gələn muzey Holilvud Bulvarında yerləşir.

İndiyə qədər Madam Tüsso muzeyləri London, Amsterdam, Las Veqas, Honq Konq, Berlin və Vaşinqtonda açılıb.

Hollivuddakı muzeydə Elizabet Teylor, Bred Pit, Ancelina Joli və başqalarının mum fiqurları nümayiş etdirilir.

Muzey ictmiayyət üçün avqust ayının 1-dən açılacaq.

XS
SM
MD
LG