Accessibility links

Xameneyi Əhmədinejada vitse-prezident təyinatını ləğv etməyi tapşırıb


İran xəbər agentliklərinin məlumatına görə, ölkənin dini lideri Ayətulla Xameneyi prezident Mahmud Əhmədinejada yaxın adamını vitse-prezident təyin etməsi barədə qərarını ləğv etməyi tapşırıb. Əhmədinejadın qərarı ölkə mühafizəkarlarının narazılığına səbəb olmuşdu. İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbuturabi-Fard jurnalistlərə deyib ki, Ayətulla Xameneyi Əhmədinejada göndərdiyi məktubunda vitse-prezidentin dəyişdirilməsinə çağırıb. İsfəndiyar Rəhim Maşaye ötən il «İran İsrail xalqının dostudur» deməklə, ölkədə mühafizəkarların tənqidinə səbəb olmuşdu. Ölkənin nüfuzlu mühafizəkar liderlərindən olan Ayətulla Əhməd Xatəmi prezidenti Maşayenin təyinatı ilə bağlı qərarına yenidən baxmağa səsləmişdi. Maşaye ilə Əhmədinejadın qohumluq əlaqələri var. Belə ki, Maşaye prezidentin qudasıdır.

XS
SM
MD
LG