Accessibility links

Mumbay hücumlarının iştirakçısı edama hazır olduğunu bildirir


Keçən il Hindistanda baş vermiş Mumbay hücumu zamanı sağ qalmış terrorçu etdiyi cinayətə görə asılmağa hazır olduğunu bildirib. Pakistan əsilli Məhəmməd Acmal Kasab bazar ertəsi 166 nəfərin ölümü ilə nəticələnən 2 günlük hücumda iştirakçılardan biri olduğunu gözlənilmədən qəbul edib. Bu gün məhkəməsi zamanı Kasab deyib ki, cəzasını qəbul etməyə hazırdır və qərarın yüngülləşdirilməsini istəmir. Hakim hələlik müttəhimin vəsatətinin qəbul olunub-olunmaması barədə heç bir qərar çıxartmayıb. Kasaba qarşı 86 ittiham irəli sürülüb. İttihamlar təsdiq olunacağı təqdirdə onu ölüm hokum gözləyir. May ayında məhkəmə başlayanda o, günahsız olduğunu bildirsə də, sonrada günahını boynuna alıb.
XS
SM
MD
LG