Pakistanın ali məkəməsi sabiq prezident
Pərviz Müşərrəfi 2007-cidə ölkədə fövqəladə vəziyyətin elan edilməsi və bir
sıra müstəqil iradəli hakimin vəzifələrindən çıxarması barədə verdiyi
qərarına izahat gətirməyə çağırıb. Baş hakim İftixar Çaudrinin başçılığı altında
ali məhkəmənin 14 üzvü cənab Müşərrəfin şəxsən özü və ya vəkili vasitəsilə
iyulun 29-da məhkəməyə gəlməsi barədə qərar qəbul edib. Bu arada Pakistan hərbçiləri deyirlər
ki, hərbi qüvvələr son 24-saat ərzində
ölkənin şimal qərb bölgəsində 27 yaraqlı öldürüb. Pakistanlı taliban yaraqlılarının rəhbəri
Beytullah Məhsudun Cənubi Vəziristandakı hədəflərinə hərbi təyyarələrin hücumları
nəticəsində bir neçə yaraqlı öldürülüb.