Accessibility links

Qırğızıstanın müxalifət lideri prezident seçkilərində saxtakarlıqlara yol verildiyini deyir


Qırğızıstanda prezidentliyə namizəd, müxalifət lideri Almazbek Atambayev deyib ki, seçkilər zamanı geniş pozuntulara yol verildiyinə görə namizədliyini geri götürür. Sabiq baş nazir bugünkü mətbuat konfransında nəticələrin qeyri-qanuni elan edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edib. Almazbek Atambayev Qızğızıstan prezidenti Kurmanbek Bakiyevin əsas rəqibi hesab olunur. Siyasi təhlilçilər isə seçkilərdə prezident Bakiyevin qələbə əldə edəcəyini gözləyirlər. Bununla da o, gələcək beş ildə hökumətə başçılıq edəcək. Şərhçilər onun hakimiyyətində hökumətin avtoritarlığının artdığına da işarə edirlər.

XS
SM
MD
LG