Accessibility links

ABŞ prezidenti mətbuat konfransında səhiyyə məsələsinə geniş yer verdi



Prezident Obama mətbuat konfransını son rəy sorğularının səhiyyə islahatlarına ictimai dəstəyin azaldığını göstərən zaman keçirdi. Cənab Obamanın Amerika ictimiayyətinə çatdırmaq istədiyi mesaj bu idi: səhiyyə islahatlarına ehtiyac var və buna indi ehtiyac duyulur.

O bildirdi ki, burada əsas məqsədi mümkün qədər daha çox amerikalını stibbi sığorta ilə təmin etmək və tibbi xidmətlərin qiymətlərini azaltmaqdır.

Prezident Obamanın sözlərinə görə, qiymətlərə nəzarət olmasa, büdcə çatışmazlığını nəzarətdə saxlamaq mümkün olmayacaq. “Əgər biz fəaliyyət göstərməsək, hər gün 14 min amerikalı tibbi sığortasını itirməyə davam edəcək.”-deyə o bildirdi.

Cənab Obama Konrqesin avqust ayına qədər ona qanun layihəsini təqdim etmək istədiyini dedi.

Lakin respublikaçıların fikrincə, prezident çox tələsir.

Senatda azlıqdan olan respublikaçıların lideri Miç Makkonnel iqtisadi stimullaşdırma paketini qəbul edildiyinə işarə edərək deyir ki, qanun layihəsi tələsik qəbul ediləndə insanların onu başa düşmək imkanı olmur.

Nümayəndələr Palatasında respublikaçıların lideri Con Boner isə deyir ki, amerikalıların böyük hökumətin onların müdafiə etmədiyi səhiyyə xidmətləri ilə məşğul olduğunu görürülər.

Prezident Obama müxbirlərə deyib ki, bu, republikaçıların adi siyasətidir və qeyd edib ki, bəzi respublikaçılar səhiyyə islahatlarından onun uğursuzluğu kimi istifadə etmək istəyirlər. Cənab Obamanın sözlərinə görə, debat onun haqda deyil, səhiyyə xidmətləri sahəsində böhranın təsirinə məruz qalan insanlardan gedir.

“Burada söhbət Vaşinqtonun on illərdir həll edə bilmədiyi problemin ağırlığını daşıyan hər bir ailə, hər bir biznes və hər bir vergi ödəyəndən gedir.”-deyə ABŞ prezidenti bildirib.

Bu, ABŞ prezidentinin vəzifəyə başlayandan xarici siyasət məsələsinin müzakirə olunmadığı ilk mətbuat konfransı idi.

XS
SM
MD
LG