Accessibility links

Klint İstvud: "Mən işləməkdən zövq alıram"


Holivudun əfsanəvi aktyoru və rejissoru Klint İstvud Yaponiya hökumətinin yüksək mükafatını alıb.

Los Ancelesdə Yaponiyanın Baş Konsulluğunda keçirilən mərasimdə 79 yaşlı İstvud “Doğan Günəş” ordeni ilə təltif edilib.

Klint İstvud bu mükafata İyo Cima döyüşünə həsr olunmuş filmləri ilə yaponlar və amerikalılar arasında anlaşma yaratmaq işinə verdiyi töhfələrə görə layiq görülüb.

Mükafat indiyə qədər dünyanın 32 ölkəsindən 70 nəfərə verilib.

Klint İstvudun çəkdiyi “Ataların bayraqları” və “İyo Cimadan məktublar” kino-filmlərində 1945-ci ildə İkinci Dünya müharibəsi dövrü İyo Cima döyüşü Amerika və Yaponiya əsgərlərinin gözü ilə işıqlandırılır.

Tədbirdə danışan İstvud təqaüdə çıxmaq planları olmadığını deyib. “Mən işləməkdən zövq alıram.”-deyə bildirib.

XS
SM
MD
LG