Accessibility links

Co Bayden Mixail Saakaşvili ilə görüşüb


Rusiyanın sabiq sovet respublikalarına silah satılmaması barədə xəbərdarlığına baxmayaraq, ABŞ vitse-prezidenti Co Bayden deyib ki, ölkəsi Gürcüstanı dəstəkləyir.

Bu gün Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündən əvvəl Bayden deyib ki, onun səfəri Birləşmiş Ştatların Gürcüstanla bir yerdə olduğunu göstərir.

Bundan əvvəl isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, ölkəsi Gürcüstanın yenidən silahlanmasına qarşı konkret tədbirlər görəcək . O deyib ki, Rusiya Tbilisini silahla təchiz edən istənilən ölkə ilə hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlığı dayandırmağı nəzərdən keçirəcək.

Gürcüstana səfəri çərçivəsində Co Baydenin bu gün ölkənin müxalifət liderləri ilə də görüşləri nəzərdə tutulub.

Saakaşvilinin opponentləri onun istefası tələbilə nümayişlər keçirirdi . Onlar Saakaşvilini ötən ilin avqustunda Rusiya ilə baş verən müharibəyə görə və avtoritar idarəçilikdə ittiham edirlər. Saakşvili isə deyib ki, o, prezidentlik müddətinin başa çatacağı 2013-cü ilə qədər vəzifəsindən getməyəcək.

XS
SM
MD
LG