Accessibility links

Talibanın sözçüsü: ‘Mövlana Fəzlullah sağ-salamatdır’


Pakistandakı Taliban qüvvələrinin sözçüsü deyib ki, qrupun Svat Vadisindəki lideri Mövlana Fəzlullah sağdır və özünün yaralanması barədə yayılan məlumatları inkar edir.

Bu ayın əvvəlində Pakistan ordusu Fəzlullahın ölkənin şimal qərbidə aparılan üç aylıq əməliyyatlar zamanı yaralanması barədə məlumat yaymışdı.

Taliban sözçüsü Müslim Xan bu gün bəyan edib ki, Fəzlullah sağ-salamatdır.

O habelə deyib ki, Talibanın Svat vadisinə nəzarəti davam edir, ancaq məhduddur.

Hazırda Pakistan ordusu ölkənin Cənubi Vəziristan da daxil olmaqla, şimal qərb ərazisində apardığı döyüşlərlə militantları hədəf alıb.

XS
SM
MD
LG