Nyu Yorkda BMT binası qarşısında İran hökuməti əleyhinə 4 günlük aclıq aksiyası və nümayişlər başlayıb. Aksiyanın məqsədi ötən ay İranda keçirilmiş mübahisəli prezident seçkilərindən sonra rəsmilərin vətəndaşlara qarşı təzyiqlərinə etiraz etməkdir.
Aksiyanın təşkilaçılarından biri Mani Şirazi deyir ki, ifadə azadlığı onların prioritetlərindən biridir.
“İran həbsxanalarındakı siyasi məhbusların hamısı azad edilməlidir”.
Mübahisəli seçkilərdə Mahmud Əhmədinejada məğlub olduğu bildirlən müxalifət lideri Mir Hüseyn Musəvi deyir ki, İran prezidenti bu ölkə üçün yerli və beynəlxalq müstəvidə problemlər yaradır.
Nyu Yorkdakı nümayişlərin təşkilatçıları da hesab edirlər ki, İran rəhbərliyi ölkə qanunları ilə yanaşı, insan haqları üzrə bütün beynəlxalq prinsib və sazişləri pozur.
Nümayişlərə Birləşmiş Ştatların hər yerindən fəallar qatılıb. Essie Mohaddess Kaliforniyanın Sakramento şəhərindən gəlib.
Mohaddes deyir ki, onların məqsədi beynəlxalq diqqəti İrandakı hadisələrə yönəltməkdir. Aksiya iştirakçıları ümid edirlər ki, BMT baş katibi İranda seçkisonrası hadisələri araşdırmaq üçün bu ölkəyə xüsusi qrup göndərəcək.
Təşkilatçıların dediyinə görə, onlar şəbə günü İrandakı vəziyyətə etiraz olaraq, dünyanın 50 şəhərində mitinqlər keçirəcəklər.