Çeçen separatçılarının lideri və Rusiyanın müharibənin dağıtdığı bu respublikasının Kreml tərəfdarı hökumətinin yüksək nümayəndəsi arasında Norveçdə Osloda görüş keçirilib. Görüşün diqqət mərkəzində Çeçenistanda vəziyyət olub.
Çeçenistan partlamentinin spikeri Dukvaxa Abduraxmanov deyib ki, separatçıların lideri Əhməd Zakayevlə danışıqlar zamanı Çeçenistanda vəziyyətin sabitləşidirilməsi müzakirə olunub. Bununla belə tərəflər, danışıqların detallarını açıqlamayıblar.
Danışıqlarda qərargahı Norveçdə yerləşən Çeçenistan Sülh forumu adlı insan hüquqları təşkilatının direktoru İvar Amundsen vasitəçilik edib. O deyib ki, növbəti görüşün bir neçə həftə sonra Londonda keçirilməsi nəzərdə tutulur.