Accessibility links

Türkiyədə polis bir gündə 200 islamçını həbs etdi


Türkiyənin dövlət xəbər agentliyinin məlumatına görə, polis fəaliyyəti qadağan olmuş islamçı qrupun 200-ə yaxın şübhəli üzvünü həbs edib.

Anadolu agentliyinin yazdığına görə, polis bu gün ölkə boyu 23 vilayətdə reyd keçirib.

Əməliyyatların hədəfi Hizb ut-Təhrir qrupunun şübhəli üzvlərini yaxalamaq olub.

Bu təşkilat müsəlmanları islamçı ölkə altında birləşdirməyi məqsəd güdür. Ancaq bunu dinc yolla etmək istədyinə israr edir.

Türkiyənin rəsmi orqanları vaxtaşırı olaraq ölkədə militant qruplar, xüsusilə də əl-Qaidə üzvlərini hədəf alan əməliyyatlar keçirirlər.

XS
SM
MD
LG