Accessibility links

Human Rights Watch özbək dissidentə işgəncə verildiyini bildirir


Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Özbəkistan rəsmilərini prezidenti təhqir etmək itihamlı ilə həbs edilmiş dissident və tanınmış şairə işgəncə verməkdə ittiham edib.

Qərargahı Nyu Yorkda yerləşən qrupun bu gün açıqladığı bəyanatda deyilir ki, Yusuf Jumayev döyülüb və beş illik həbs cəzasını tamamilə təcrid olunaraq çəkir.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Holli Qartner Özbəkistan rəsmilərini Jumayevi dərhal azad etməyə çağıraraq, onun saxlanmasına heç bir səbəb olmadığını deyib. O, hökumətin Jumayevlə pis rəftara görə məsuliyyət daşıdığını bildirib.

İnsan hüquqları qrupları Özbəkistanda minlərlə siyasi məhbusun olduğunu deyirlər. Özbəkistan rəsmiləri işgəncə və insan hüquqlarının pozulması ittihamlarını rədd edirlər.

XS
SM
MD
LG