Accessibility links

Jurnalist Georgi Qonqadzenin qətlində əli olan polis rəisinə formal ittiham irəli sürülüb


Ukrayna prokurorları 2000-ci ildə jurnalisti Georgi Qonqadzeni oğurlayaraq, qətlə yetirməkdə və sonradan işlə əlaqədar sənədləri sıradan çıxarmaqda günahkar bilinən keçmiş polis rəisi Oleksi Pukaça qarşı formal olaraq ittiham irəli sürüblər. Rəsmilər Pukaçı çərşənbə axşamı günü həbs ediblər və onun bütün bu ittihamları etiraf etdiyini bildiriblər.

Xatırladaq ki, hələ Ukraynada Leonid Kuçmanın prezidentliyi dövrü hökumətdə korrupsiya barədə özünün internet səhifəsində yazılar yerləşdirən Georgi Qonqadze 2000-ci ilin sentyabr ayında oğurlanmış və onun cəsədi iki aydan sonra Kiyev yaxınlığında aşkar edilmişdi. O zaman Pukaç Ukraynanın Daxili İşlər Nazirliyində Nəzarət şöbəsinə rəhbərlik edirdi.


XS
SM
MD
LG