Accessibility links

Barak Obama səhiyyə islahat planını müdafiə edir


ABŞ prezidenti Barak Obama Şənbə günü yeni araşdırmaya istinad edərək bildirib ki, kiçik bizneslər öz işçilərinin tibbi xidmətləri üçün iri bizneslərdən 20 faiz artıq pul ödəyirlər. Həftəlik radio müraciətində Obama deyib ki, hazırkı situasiya qəbuledilməz və dayanıqsızdır. Ağ Ev İqtisadi Müşavirlər Şurasının hazırladığı yeni hesabat bu gün açıqlanıb. Sənəddə göstərilir ki, kiçik bizneslərin üçdə biri xidmətləri ixtisara salmağa, bəziləri isə sığorta və ya iş yerlərini bütünlüklə ləğv etməyə məcbur olublar. Cənab Obama deyir ki, tibbi xidmət islahatı situasiyanı yaxşılaşdıracaq. Respublikaçılar isə islahatların kiçik biznesləri ya tibbi xidmətlə təchiz etmək yaxud cərimələr ödəmək seçimi qarşısında qoyacaq. Həftəlik cavab müracitəində Konqres üzvü Keti MkMorris planı fəlakət resepti adlandırıb.
XS
SM
MD
LG