Accessibility links

Prezident Buş ölkədaxili reyddə hərbçilərdən istifadəni nəzərdən keçirmişdi


Aparıcı Amerika qəzeti bildirir ki, sabiq prezident Corc Buş ABŞ torpağında terror şübhəlilərini həbs etmək üçün hərbi qüvvədən istifadəni nəzərdən keçirib. Sabiq administrasiya rəsmilərinə istinad edən New York Times məlumat verir ki, vitse-prezident Dik Çeyni başqa ali rəsmilərlə bərabər 2002-ci ildə Nyu York ştatının şimalında Əl Qaida şübhəlilərini yaxalamaq üçün əsgərlərdən istifadə etməyi tövsiyə edib. Konstitutsiya və başqa ABŞ qanunları daxili reydlərdə hərbi qüvvədən istifadəni məhdudlaşdırır. Qəzetin yazdığına görə Dik Çeyni hesab edirdi ki, hərbçilər tərəfindən saxlanılan şübhəlilərə qarşı dəlil standardları nisbətən aşağı olar. Sabiq milli təhlükəsizlik müşaviri Kondoliza Rays və Federal Təhqiqalar Bürosunun o zamankı direktoru Robert Müller başqaları ilə birlikdə planın əleyhinə çıxmışdı.
XS
SM
MD
LG