Accessibility links

Hondurasın devrilmiş prezidenti Vaşinqtona gəlir


ABŞ Dövlət departamentinini sözçüsü Filip Krouli deyib ki, Hondurasın devrilmiş prezienti Manuel Zelaya çərşənbə axşamı Vaşinqtonda olacaq.

Birləşmiş Ştatların paytaxtında yerləşən Amerika dövlətləri təşkilatı və ABŞ ölkəsindən qovulmuş liderdən səbrli olmağı və ölkəsindəki xaos səngiməyincə, Hondurasa qayıtmamağı xahiş ediblər.

Buna baxmayaraq, Zelaya dünən yenidən Hondurasa daxil olmağa uğursuz cəhd edib.

Hondurasın müvəqqəti prezidenti Roberto Mişeletti dövlət televiziyası ilə çıxışında Zelayanın sərhədi keçmək cəhdlərini “öz həyatı ilə risk etmək” kimi dəyərləndirib.

XS
SM
MD
LG