Accessibility links

İraq kürdləri prezident və parlament seçkiləri keçirirlər


İraqdakı kürd muxtariyyətində bu gün prezident və parlament seçkiləri keçirilir. Kürd muxtariyyətinə Ərbil, Dahuk və Süleymaniyyə əyalətləri daxildir.

Təxminən 2,5 milyon adamın səsvermə hüququ var.

Bu axşam səsvermə məntəqələrinin bağlanmasından sonra bülletenlər Bağdada aparılaraq, orada sayılacaq.

Nəticələrin təxminən 2-3 günə bəlli olacağı ğözlənilir. Ancaq regionun seçki məsələləri üsrə rəsmisi Faray al-Haydari deyib ki, texniki problemlər rəsmi nəticələri bir həftəyədək yubada bilər.

Regiondan gələn məlumatlara görə, gün ərzində seçki məntəqələrində növbələr yaranıb. Milyonlarla kürd seçkilərin keçirilməsi ilə sevincini nümayiş etdirmək üçün küçələrdə rəqs edirlər.

Seçkilərdə hazırkı prezident Məsud Bərzaninin şansı daha çoxdur. Bərzani ümid edir ki, seçkilər Bağdadla fikir ayrılıqlarının həlli, milli birliyin möhkəmlənməsi, kürdlərlə ərəblər, habelə İraqdakı bütün etnik qruplar arasında qardaşlığa xidmət edəcək.

XS
SM
MD
LG