Accessibility links

İran müxalifəti üləmanı işə qarışmağa çağırır


İran müxalifətinin liderləri ölkənin ali dini nümayəndələrini 12 iyun seçkilərindən sonra artan siyasi repressiyaya son qoymaq üçün yardım göstərməyə çağırırlar. Məğlub namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi sabiq prezident Məhəmməd Xatəmiyə qoşularaq müqəddəs Qum şəhərində qərargahlanan üləmaya məktub ünvanlayıblar. Həmin məktubda hökumətin müxalifətə qarşı götürdüyü ölçülər sabiq şah rejiminin işlətdiyi metodlarla müqayisə olunur. Kərrubi İnternetdə qoyulmuş bəyanatda bildirib ki, İran təhlükəsizlik agentlərinin əl atdığı taktikalar israillilərin fələstinlilərə qarşı götürdüyü ölçülərdən daha qəddardır.

Bu arada İran İqilab Keşikçiləri korpusu bəyan edib ki, İsrailin İranın nüvə obyektlərinə hər hansı hücumuna cavab verəcək. Keşikçilərin komandiri Məhəmməd Əli Cəfəri dövlət mediasına bildirib ki, İranın raketləri indi İsraili vurmaq qabiliyyətindədir. İsrail İranın nüvə proqramını öz mövcudiyyətinə təhlükə hesab edir və deyilənlərə görə İrana qarşı pre-emptiv zərbələrə hazırlaşır.

XS
SM
MD
LG