Accessibility links

ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Suriya prezidenti ilə görüşüb


ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçel Birləşmiş Ştatların regionda sülhə nail olmaq səyləri çərçivəsində bu gün Dəməşqdə Suriya prezidenti Bəşşar əl-Əsədlə görüşüb.

Mitçel danışıqların olduqca səmimi və konstruktiv şəkildə keçdiyini deyib. Onun bildirdiyinə görə, o, cənab Əsədə ABŞ prezidenti Barak Obamanın İsrail və onun ərəb qonşuları arasında əhatəli sülhə nail olmaq əzmində olduğunu deyib.

Mitçel bildirib ki, sülh regionda sabitlik, təhlükəsizlik və tərəqqinin yeganə yoludur və buna nail olmaq üçün həm ərəblər, həm də israillilər ABŞ-la birgə işləməlidir. Mitçel deyib ki, yaxın zaman üçün məqsəd Suriya və İsrail arasında danışıqlara yenidən başlamaqdır.

Suriya İsraillə danışıqları keçən ilin dekabr ayında İsrail fələstin yaraqlı qrupu Həmasa qarşı hücuma başladıqdan sonra kəsib.

Suriyadan sonra xüsusi nümayəndə Mitçel səfər edib və Tel Əvivdə İsrailin müdafiə naziri Ehud Barakla görüşüb.

Bundan sonra Mitçel Fələstin ərazilərinə yola düşəcək.

XS
SM
MD
LG