Accessibility links

Mir Hüseyn Musəvi və Mehdi Kərrubi anım mərasiminin keçirilməsi üçün icazə istəyir


İranda prezident seçkilərində məğlub olmuş namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkidən sonra zorakılıq qurbanlarının xatirə mərasimi keçirmək üçün icazə istəyiblər.

İran mətbuatının verdiyi məlumata görə, onlar Tehranda mərasim keçirmək üçün Daxili İşlər nazirliyinə məktub göndəriblər. Məktubda deyilir ki, mərasim zamanı çıxışlar olmayacaq və iştirakçılar hadiə qurbanlarının xatirəsinə ehtiramı sükutla bildirəcəklər.

İyun ayının 12-də mübahisəli seçkilərdən sonra etiraz nümayişlərinin zorakı şəkildə dağıldılması nəticəsində azı 22 nəfər insan həyataını itirib.

Müxalifət nəticələrin saxtalaşdırıldığını bildirir, lakin İranın nüfuzlu Nəzarət Şurası prezident Mahmud Əhmədinehadın yenidən seçildiyini təsdiq edib.

Şənbə günü dünyanın bir sıra şəhərlərində İranda insan hüquqlarının pozulması əleyhinə və seçkidən sonra həbs edilənlərin azadlığa buraxılması tələbi ilə nümayişlər keçirilib.

XS
SM
MD
LG