Accessibility links

Həmid Karzainin rəqibi militantların pusqusundan xilas olub


Əfqanıstanın şimal regionunun rəsmilərin deyirlər ki, gələn ay ölkədə keçiriləcək seçkilərdə prezident Həmid Karzainin əsas rəqiblərindən biri militantların pusqusundan xilas ola bilib.

Rəsmilərin dediyinə görə, silahlılar bu gün sabiq vitse-prezident Məhəmməd Qasım Fahimin avtokarvanını atəşə tutublar.

Hadisə zamanı Fahim heç bir xəsarət almayıb. Pusqunun kim tərəfindən təşkil olunduğu hələ məlum deyil.

Fahim və hazırkı vitse-prezident Kərim Xəlili avqustun 20-də keçiriləcək seçkilərdə prezident Karzaiyə rəqabət təşkil edəcəklər.

Bu seçkilər əfqan ordusu ilə beynəlxalq koalisiyanın Helmənd vilayətində taliblərə qarşı apardığı əməliyyatların fonunda baş tutur.

Bu arada, Əfqanıstanın müdafiə nazirliyinin məlumatına görə, əfqan və beynəlxalq qüvvələr bu gün ölkənin Nuristan vilayətində 16 talibi öldürüblər.

XS
SM
MD
LG