İranda mühafizəkarlar düşərgəsində son təlatümün əlaməti olaraq prezident Mahmud Əhmədinejad kəşfiyyat naizirini vəzifəsindən azad edib, mədəniyyət naziri isə istefa verdiyini elan edib. New York Times qəzetinin yazdığına görə kəşfiyyat naziri Qulam-Hüseyn Mohseni-Ecei ötən həftə Əhmədinejadın İsfəndiyar Rəhim Maşayeni vitse prezident təyin etməsinə etiraz əlaməti olaraq kabinet iclasını tərk edən bir neçə nazir sırasında idi. Hadisədən bir neçə gün sonra isə Əhmədinejadın işdən çıxarmaqla hədələdiyi sərt xətt təmayüllü Məhəmməd Hüseyn Səfər Hərəndi prezidentə ünvanladığı məktubda vəzifəsindən istefa verdiyini bəyan etdi. Mühafizəkarlar ali dini rəhbər Ayətulla Əli Xameneyinin cənab Maşayeni vitse prezidentliyə təyin etməmək haqda göstərişini qulaqardına vurmasına görə Əhmədinejada qəzəblidirlər. Cənab Maşaye nəhayət cümə günü namizədliyini geri götürdü, lakin Əhmədinejad onu prezident idarəsinə müdir təyin etdi. Bütün bu olaylar prezidentin gələn həftə parlamentə yeni kabinetin üzvlərinin siyahısını təqdim etməsi ərəfəsində cərəyan edir.
İrandakı hadisələri şərh edən ekspert Əmir Taheri Amerika mühafizəkarlarının nəşri olan Milli İcmalda Tehranda tektonik dəyişikliklər müşahidə olunduğunu yazır. Onun sözlərinə görə İranda bundan sonra baş verəcək hadisələrin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq artıq bir şey qətidir: Xomeynist sistemin təməl daşı olan “vilayəti fəqih” doktrini ölüb. İslam inqilabı zamanı Ayətulla Ruhullah Xomeyni bu anlayışı icad etməklə Vladimir Leninin Sovet Rusiyasında tətbiq etdiyi demokratik mərkəzçiliyi imitasiya etməyə can atırdı. Məram bundan ibarətdir ki, hakim partiya daxilində debatlar gedir, lakin son söz inqilabın mənəvi rəhbəri olan şəxsə məxsusdur ki, bu funksiya da İranda ali dini rəhbərə həvalə olunur. 1989-cu ildən bəri ali dini rəhbər olmuş Ayətulla Əli Xameneyi cəmiyyətdə özünün etiqadlı, düşüncəli və ictimai debatlardan uzaq duran lider imicini qoruyub saxlayırdı. Lakin iyun seçkilərinin ardınca açıq-aşkar Mahmud Əhmədinejadın tərəfini tutan Xameneyi indiyədək topladığı siyasi kapitalı qısa bir zamanda xərcləmiş oldu. Tez-tez siyasi səhnəyə çıxaraq Əhmədinejada dəstəyini izhar etməklə Xameneyi ictimaiyyət qarşısında bitərəf olmadığını nümayiş etdirdi və özünü gözdən saldı. Nəticədə ilk dəfə olaraq Xomeynist sistemin siyasi elitasını təşkil edən yüksək rütbəl şəxslər bir birnin ardınca onun dediklərini qulaqardına vurmağa başladılar. Sabiq prezidentlər Əli Əkbər Haşemi Rəfsəncani, Məhəmməd Xatəmi və prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi aydın ediblər ki, onlar Ayətulla Xameneyinin seçkilərlə bağlı tutduğu mövqeni bölüşmürlər. Bundan əlavə Xameneyinin dəstəklədiyi Əhmədinejad da artıq ali dini rəhbərlə ixtilafdadır.
Siyasi böhran içərisində çalxalanan İran bu ölkənin nüvə proqramından dərin narahatlıq keçirən beynəlxalq qüdrətləri də dilemma qarşısında qoyub. Washington Post qəzetində məqalə ilə çıxış edən politoloq Fərid Zəkəriyyə İranda hakimiyyət daxili mübarizənin kritik həddə çatdığını söyləyərək indiki zamanda Qərb liderlərini gözləmə mövqeyindən çıxış etməyə səsləyir. Onun yazdığına görə İranda molla rejiminin nüfuzdan düşməsi, vüsət alan etiraz dalğası, və hakimiyyətdaxili çəkişmələr göstərir ki, zaman İranın tərəfində deyil. Belə olan halda Qərbin tələsik dialoqa baş vurması Vaşinqtonun maraqlarına xidmət etmir. Zəkəriyyənin sözlərinə görə İranla bağlı siyasətində ABŞ Şimali Koreyaya qarşı yürütdüyü çəkindirmə siyasətini tətbiq etməlidir. Ümid etmək olar ki, bu müddətdə isə İranın daxilində bu rejimə qarşı çıxan milyonlarla adam öz sözünü deyəcək.