Accessibility links

İraqda seçki nəticələrinin açıqlanması gecikə bilər


Seçki rəsmiləri deyir ki, şənbə günü keçirilən regional seçkilərdə İraq Kürdüstanında iştirak edənlərin sayı yüksək olub, ancaq müxalif siyasətçilər seçki tənzimləyicilərində şikayətlənir. İraq paytaxtı Bağdadda seçkilərin nəticələri hesablanır və rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir. Ancaq regionun seçki sədri Fərəc əl-Heydəri xəbərdarlıq edib ki, texniki problemlər son nəticələrin açıqlanmasını bir həftəyə kimi gecikdirə bilər. İraq Seçki Komissiyasının rəsmisinin sözlərinə görə, İraq Kürdüstanında bulletənlərin 80 faizə yaxını yararlıdır və seçkilər qaydasında keçib. Ancaq kürd müxalif siyasi qruplar seçki tənzimləyicilərindən şikayətlənərək bildirib ki, rəsmilər bəzi müxalifət üzvlərinin səs verməsinə mane olub və qeydiyyatdan keçməmiş seçicilərə səs verməyə şərait yaradıb. Kürdüstanın daxili işlər naziri Kərim Sincarinin sözlərinə görə, ədalətli keçirilən seçkiləri yüzlərlə müşahidəçi izləyib.
XS
SM
MD
LG