Accessibility links

Rusiya ABŞ-ın axtardığı cinayətkarı azad buraxdı


Rusiya ABŞ tərəfindən axtarışda olan mütəşəkkil cinayət dəstəsinin bossunu sərbəst buraxıb. Rusiya Daxili İşlər Nazirliyi deyir ki, məhkəmə Semyon Moqileviçə bəraət qazandırıb. Keçən il Rusiyada həbs edilən Moqileviç böyük kosmetika şirkəti ilə bağlı vergidən yayınmada ittiham olunurdu. Rusiya məhkəməsi onun qanuni müvəqqəti saxlanma müddətinin sona çatması barədə hökm çıxarıb. Böyük Britaniya qəzeti “Financial Times” Moqileviçin vəkilinə istinadən bildirir ki, ona qarşı heç bir ittiham irəli sürülmüyüb. ABŞ Federal Təhqiqatlar Bürosu bildirir ki, Moqiloviç banditizm, təhlükəsizlik, pul köçürülməsi kimi bir çox fırıldaqçılığa görə axtarışdadır.
XS
SM
MD
LG