Accessibility links

Melburn kino-festivalında uyğur fəal Rəbiyyə Kadir haqda film çinlilərin etirazına səbəb olub


Avstraliyada Melburnda keçirilən beynəlxalq kino-festivalın veb səhifəsi hakerlərin hücumuna məruz qalıb.

Hakerlər uyğur fəalın festivalda iştirakına etiraz əlaməti olaraq veb səhifədə Çinin bayraqlarını yerləşdiriblər.

Bununla yanaşı, veb səhifəyə çox sayda e-mail göndərilib.

Bu, Çinin dörd filminin festivaldan çıxarılması və Çin diplomatının uyğur fəal Rəbiyə Kadir haqda sənədli filmin nümayiş etdirilməsinə etirazından sonra baş verib.

Pekin Rəbiyyə Kadirin uyğurlar və çinlilər arasında baş vermiş zorakılıqlara təhrik etdiyini iddia edir. Birləşmiş Ştatlarda yaşayan Kadir bu iddiaları rədd edir.

Sənədli filmin quruluşçu rejissoru Ceff Daniyels bu etirazların arxasında Çin hökumətinin durduğunu deyib.

Çin xarici işlər naziri bu açıqlamaya dərhal reaksiya verməyib.

XS
SM
MD
LG